Slovakiya MiQ-29-lardan imtina etməyəcək

2018/05/345_1525758973.jpg
Oxunub: 1709     13:55     08 May 2018    
“Slovakiya hələ də MiQ-29 qırıcılarının istifadəsi üzrə əməkdaşlığın davam etdirilməsi barədə Rusiya ilə danışıqlar aparır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiya parlamentinin spikeri Andrey Danko vəyan edib.

“Həqiqətən də biz yeni təyyarələr alana qədər MiQ-lərin istifadəsini davam etdirməliyik. Bundan pis nə var ki? Yoxsa biz hava məkanımızı müdafiəsiz qoymalıyıq? MiQ-lər isə hələlik bu işin öhdəsində layiqincə gəlir”.- deyə Danko bildirib.

Bununla belə, Danko 250 milyon avroya Rusiya ilə təyyarələrin daha 5 il müddətinə istifadəsi barədə müqavilənin artıq imzalanmasını təkzib edib və bildirib ki, bu məsələ hazırda Müdafiə Nazirliyində müzakirə olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   MiQ-29  


Bizi "telegram"da izləyin