Rusiya və Yaponiya XİN müavinlərinin görüşü barədə yeni detallar

2018/05/234234_1525757961.jpg
Oxunub: 3196     13:37     08 May 2018    
“Rusiya və Yaponiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş mayın 11-də Moskvada baş tutacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono bəyan edib.

“Ümid edirik ki, Moskvada məhsuldar konsultasiya və baş nazir Abenin səfərinə uğurlu hazırlıq həyata keçirərik”, - deyə Kono bildirib.

O qeyd edib ki, danışıqlar çərçivəsində Koreya yarımadasındakı situasiya, beynəlxalq müxtəvidə aktual problemlər və Kuril adaları ilə bağlı məsələlər müzakirə ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Yaponiya   XİN   Kuril  


Bizi "telegram"da izləyin