Ordu.az “Zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.
“Artıq il çərçivəsində “Altius”un sınaqları tamamlanacaq. Bu PUA iki tonadək döyüş yükü daşıya biləcək”, - deyə Borisov bildirib.
O qeyd edib ki, hazırda Rusiya ordusunda xeyli sayda PUA növləri istifadə olunur və yaxın gələcəkdə onların da funksional imkanları genişləndiriləcək, həmçinin yeni PUA-larla ordunun döyüş imkanları artırılacaq.
Ağalar Qəribov
Ordu.az