Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli bəyan edib.
“Yeni döyüş sursatları həm açıq, həm də maneələr arxasında yerləşən hədəfləri vurmağa qadirdir. Quru Qoşunları üçün 3000 ədəd HE-T döyüş sursatının istehsal edilməsi planlaşdırılır”, - deyə Canikli bildirib.
O qeyd edib ki, yeni sınaqların seriyalı istehsalına 2018-ci ilin ikinci yarısında başlanacaq.
Ağalar Qəribov
Ordu.az