Rusiya MN “Korsar” PUA-larını almaq qərarına gəlib - VİDEO

2018/05/1940_1525700407.jpg
Oxunub: 3962     21:37     07 May 2018    
“Rusiyada “Korsar” pilotsuz uçuş aparatının dövlət sınaqları tamamlanıb, Müdafiə Nazirliyi onu alacaq”.

Ordu.az “izvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.

“Rusiya Silahlı Qüvvələrində yalnız iki növ PUA-ların mövcudluğu barədə illüziya və ya yanlış fikirlərin olmaması üçün məhz son iki PUA – “Korsar” və “Katran”ı nümayiş etdirdik”, - deyə Borisov bildirib.

O qeyd edib ki, “Katran” helikopter tipli PUA olduğu halda, “Korsar” operativ təyinatlı PUA-lara bir sinif daha yaxındır.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Korsar  


Bizi "telegram"da izləyin