Ordu.az xəbər verir ki, SIPRI-nın hesabatında Hindistanın Çin və Pakistanla meydana gələn gərginlikdərdən dolayı ordunun əməliyyat qabiliyyətini genişləndirmək və modernizasiya etməyi planlaşdırdığı qeyd olunub.
Xatırladaq ki, ötən il Çin və Hindistan arasında Himalay regionundakı Doklam sərhədində 71 günlük gərginlik yaşandı.
Çində bəzi rəsmilər bu xərclərin artmasında narahatlıqlarını dilə gətirsələr də, Avstraliya Milli Universitetinin Çin xarici və təhlükəsizlik siyasəti üzrə tədqiqatçısı Adam Ni Hindistanın hərbi xərclərinin artmasının Çinlə yarışmaq üçün hələ də kifayət etmədiyini bildirib.
Qeyd edək ki, SIPRI-nın hesabatında Yaponiya hökumətinin də bu il müdafiə büdcəsini 1,3% artırmağı planlaşdırdığı qeyd olunub.
“Çin və Şimali Koreyadan meydana gələn təhdidlərin qalması Yaponiya təhlükəsizlik strategiyasındakı dəyişiklərə səbəb olan başlıca faktordur”, - deyə hesabatda qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az