ABŞ donanması yeni dron eskadrası formalaşdıracaq

2018/05/345345-(2)_1525699771.jpg
Oxunub: 2052     01:27     08 May 2018    
Hərbi pilotsuz sistemlərin böyüməyə davam etməsi ilə birlikdə ABŞ donanması aviasiya dronları üçün komandanlıq formalaşdırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni strukturun bu ilin payızında hazır olması gözlənilir.

“Hava Sınaq və Qiymətləndirmə Eskadronu 24” oktyabr ayında Merilənddə açılacaq. Bu struktur donanma və dəniz korpusunun dron sistemləri üçün tədqiqat, inkişaf, sınaq və digər dəstək xidmətləri təmin edəcək.

Hal-hazırda bu missiyanı Donanma Atlantik Sınaq Qanadı həyata keçirir. Bu addım isə sahənin böyüməsinin aviasiya dron missiyasına fokuslanmağı və yeni struktur tələb etdiyinə görə atılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   dron-eskadrası  


Bizi "telegram"da izləyin