Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, İranın region ölkələri ilə əməkdaşlıq etməyə çalışdığını vurğulayıb.
Onun sözlərinə görə, İranın regional sulardakı davam edən mövcudluğu ölkəni və İran xalqını müdafiə etmək üçündür.
“Bu günə qədər 2400-dən çox gəmi İran donanması tərəfindən müşayiət olunub. Biz bölgəyə təxminən 52 filotiliya yerləşdirmişik, dəfələrlə quldurluqla üzləşmişik”, - deyə Xanzadi əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az