Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Dmitri Qutsulyak bəyan edib.
“Birləşmiş Qüvvələr Əməliyyatı nəznində ərazidə patrul fəaliyyəti həyata keçirən mexanikləşdirilmiş batalyonun hərbi qulluqçu qrupu BMP ilə Qorlovka istiqamətində pusquya düşüb. Maşının yolunda naməlum partlayıcı qurğu quraşdırılıb. Partlayış nəticəsində 1 Ukrayna hərbçisi ölüb, daha 2-si isə yaralanıb”, - deyə Qutsulyak bildirib.
O qeyd edib ki, bununla da artıq Birləşmiş Qüvvələr Əməliyyatının son itkiləri 1 ölü, 5 yaralı və 1 döyüş zədəlisinə yüksəlib.
Ağalar Qəribov
Ordu.az