Quantanamo Konqresin büdcə müzakirəsinin mərkəzində yer alır

2018/05/234234_1525698998.jpg
Oxunub: 2525     00:15     08 May 2018    
ABŞ Konqresi Birləşmiş Ştatların Quantanamo körfəzindəki hərbi həbsxanasının gələcəyi ilə bağlı qızğın müzakirələr hazırlaşır.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, həbsxana növbəti maliyyə ili üçün Pentaqona ayrılması təklif olunan 717 milyard dollarlıq büdcə layihəsinin müzakirələri ərəfəsində yenidən gündəmə gəlib.

Məlumata görə, Demokratlar Quantanamo həbsxanasının bağlanmasına qarşı dayanacaq və məhbusların ABŞ ərazilərindəki həbsxanalara ötürülməsini qadağan edən qanunun qüvvədə qalmasını dəstəkləyəcək. Eyni zamanda onlar yeni Çox Önəmli Məhbuslar üçün Kompleksin tikintisinin əleyhinə səs verəcəklər.

ABŞ-ın rəhbərliyindəki qüvvələrin Suriya və İraqda son dövrlərdə ələ keçirdiyi 400-dən çox İŞİD terrorçusunun saxlanması üçün bu kompleksin tikilməsi təklif edilib.

Respublikaçılar bu kompleksin tikintisini dəstəkləsələr də, Quantanamonun gələcəyi ilə bağlı planları barədə detallara varmayaraq, bu barədə Konqresin iclasında ətraflı danışılacağını irəli sürüblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quantanamo   Konqres   Büdcə-müzakirəsi  


Bizi "telegram"da izləyin