Cənubi Koreyadakı ABŞ qoşunlarının taleyi naməlum olaraq qalır

2018/05/4234_1525698836.jpg
Oxunub: 2945     23:49     07 May 2018    
ABŞ prezidenti Donald Tramp iki gün öncə yenidən ABŞ qoşunlarının Cənubi Koreyadan tezliklə çəkiləcəyinə ümid etdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, elə həmin nitqində Tramp bu qoşunlardan Şimali Koreya rəhbəri ilə görüşdə güzəşt əldə etmək üçün istifadə etməyəcəyini əlavə edib.

“”Gələcəkdə mən bəzi pullara qənaət etməyi düşünürəm. Bu Cənubi Koreydan çəkilməsi hesabına da ola bilər. Lakin bu məsələ planlaşdırılan ABŞ-KXDR sammitində müzakirə edilməyəcək”,- deyə o bildirib.

Trampın bəyanatı KXDR-in tələbinə baxmayaraq ABŞ-ın tezliklə çəkiləcəyinə dair bir fikir oyatmır. Bu bəyanatın özünün hərbi məsləhətçilərilə Uzaq Şərqdəki müttəfiqləri arasında narahatlıqları azaltmağa istiqamətləndiyini düşünənlər də var.

Müdafiə naziri Ceyms Mettis isə bunun KXDR və müttəfiqlərlə müzakirə ediləcəyini bildirib. Pentaqonun mətbuat katibi polkovnik-leytenant Loqan ABŞ qoşunlarının Cənubi Koreyada qalacağını vəd edib.

Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyadakı qoşunları Koreya müharibəsindən etibarən buradadır. ABŞ burada 30 minə yaxın əsgər saxlayır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ-qoşunları  


Bizi "telegram"da izləyin