Britaniya zirehli maşınlarını satır

2018/05/1525691912_1345_1525698444.jpg
Oxunub: 3186     23:06     07 May 2018    
Britaniya Müdafiə Nazirliyi 395 ədəd maşından ibarət “Panther FCLV” yüngül zirehli maşın parkını satışa çıxarıb.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyindən ibarət mənbələr məlumat yayıb.

Məlumata görə, Britaniya 2005-ci ildən 2009-cu ilədək “Iveco LMV” şirkətindən 401 ədəd “panther FCLV” maşınını təhvil alıb. Şirkət bu maşınlardan paralel olaraq İtaliya ordusuna da satıb.

“Maşınlar “Iveco” şirkəti tərəfindən İtaliyanın Boltsano şəhərində istehsal edilib və Nyukaslda yerləşən “BAE Systems” şirkətində əlavə avadanıqlarla təchiz olunub. 2009-cu ildə şirkətin 64 maşını “Group 2” şirkətində “Theatre Antry Standard” variantına qədər modifikasına olunaraq Əfqanıstana verilib”, - deyə məlumatda qeyd edilir.

Əfqanıstana 64 maşının verilməsindən sonra isə maşın parkında qalan bütün “Panther FCLV” maşınlarının satılması qərarı verilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Panther  


Bizi "telegram"da izləyin