Çexiyada yeni zirehli maşın təqdim edilib

2018/05/5435789_original45_1525698352.jpg
Oxunub: 3744     21:04     07 May 2018    
Çexiyada T815 “Patriot MATMMV” zirehli maşınının ilk sınaqlarına başlanıb.

Ordu.az “Jane's International Defence Review” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çexiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, zirehli maşınlar “Czechoslovak Group” müdafiə konserninə daxil olan “Excalibur Army” şirkətində istehsal edilib.

“Avtomobil 4x4 “Tatra Force”nin yeni şassisi üzərində yaradılıb. T815 maşını çox etibarlı müdafiəyə malikdir. Bu göstəricidə onu hətta ABŞ-ın “Oshkosh M-ATV” maşını ilə müqayisə etmək olar. Maşının çəkisi 12 tondur, lakin 15 tonadək də artırıla bilər. 6 nəfər daşıya bilir”, - deyə məlumatda qeyd edilib.

Maşının maksimal surəti 130 kilometr/saat, gediş ehtiyatı isə 500 kilometrdir. T815 7,62, yaxud 12,7 millimetrlik pulemyot qurğusu ilə təchiz olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Patriot  


Bizi "telegram"da izləyin