Ordu.az Defence24.pl saytına istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bəyan edib.
“ABŞ hərbi kontingentinin genişləndirilməsi yalnız Polşanın deyil, həm də bütöv NATO və Avropanın təhlükəsizliyi üçün zəmanət kimi qiymətləndirilməlidir”, - deyə Blaşak bildirib.
O qeyd edib ki, Polşa böyük məmnuniyyətlə ABŞ kontingentinin genişləndirilməsinə razıdır.
“Bu, Polşa, NATO və Avropanın təhlükəsizliyi üçün vacibdir, mən bu barədə ABŞ-dan xahiş edirəm. ABŞ-a səfərim çərçivəsində belə fəaliyyətin legitimliyini qeyd etdim və məni anlayışla qarşıladılar”, - deyə Blaşak vurğulayıb.
Ağalar Qəribov
Ordu.az