Ordu.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqondan olan mənbələr məlumat verib.
Məlumata görə, Pentaqon orduda pilotsuz maşınların istifadəsi sahəsində ABŞ-ın bütün özəl şirkətlərini qabaqlamaq niyyətindədir. Bunun üçün “Waymo”, “Uber Technologies” və “General Motors” kimi şirkətlərlə rəqabətə girən Pentaqon öz pilotsuz maşınlarının hazırlanmasında məhz həmin şirkətlərin təcrübəsindən istifadə etdiyini gizlətmir.
“Hazırda müdafiə büdcəsində olan 700 milyard dolları pilotsuz vasitələrlə təchizat sahəsində uğurla istifadə etmək lazımdır. Bu məbləğ əsnasında həmçinin pilotsuz tanklar və bombaların zərərsizləşdirilməsi üçün ağıllı maşınlar yaradılmalıdır. Önəmli olan isə birinci olmaqdır”, - deyə ABŞ müdafiə nazirinin müavini Maykl Qriffin açıqlayıb.
Ağalar Qəribov
Ordu.az