Ordu.az Arms-expo.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.
“Yeni “Kinjal” hipersəs raketləri həm hava hücumundan müdafiə sistemləri, həm də raket əleyhinə müdafiəni asanlıqla dəf edir. O, qarşısıalınmazdır, ciddi döyüş gücü və potensiala malikdir”, - deyə Borisov bildirib.
O qeyd edib ki, hazırda MiQ-31-lər təcrübə-döyüş növbətçiliyindədir və əgər əldə olunan göstəricilər qaneedici olarsa, orduda onlara böyük üstünlük veriləcək.
Ağalar Qəribov
Ordu.az