Rusiyadakı hərbi paradlardan birində ilk dəfə “Ratnik”lərdən istifadə ediləcək

2018/05/345345_1525692211.jpg
Oxunub: 4528     19:21     07 May 2018    
Rusiyanın Beloqorsk şəhərində keçirilən Qələbə paradında ilk dəfə “Ratnik” ekipirovka geyimlərindən istifadə ediləcək.

Ordu.az Amur.info saytına istinadən xəbər verir ki, bu barədə Şərq Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mayın 9-da keçiriləcək paradda 1300-ə yaxın hərbi qulluqçu, o cümlədən 1000-ə yaxın insan Müdafiə Nazirliyinin göstərici əsasında iştirak edəcək.

“Ratnik” Rusiyanın yeni ekipirovka vasitəsidir. Gələcəkdə ordunun məhz ekipirovka vasitələri ilə təchiz edilməsi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-parad   Ratnik  


Bizi "telegram"da izləyin