Ordu.az xəbər verir ki, bu barədə “The Economist” nəşrinə çap edilən məlumatda bildirilir.
Məlumatda deyilir ki, Şimali Koreyadan nadir hallarda optimizmlə bir müstəvidə bəhs olunur. Lakin Kim Çen In və Mun Çje İnin görüşü və gülüşləri Pxenyanın nüvə silahından imtinası baxımından böyük bir addım oldu. KXDR-lə nüvəsizləşdirmə barədə müqavilənin imzalanmasına az qalmayıb. Kimlər ailəsi dünya ictimaiyyətini dəfələrlə aldadıb və əgər nəzərə alsaq ki, nüvə silahı onların hakimiyyətdə qalmaları üçün açar vasitədir, Inın belə asanlıqla nüvə arsenalını məhv edəcəyi inandırıcı görünmür. O cümlədən, bütün optimistlər öz diqqətlərini Koreya üzərində cəmlədiyi halda dünyanın digər künclərində də nüvə silahı inkişaf etdirilir.
Mayın 12-də ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanan İranın nüvə müqaviləsinin taleyini həll etməlidir. Böyük ehtimalla Tramp müqavilədən çıxacaq.
Bu, ABŞ və Rusiya arasında onsuz da pis olan münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. Ümumilikdə ABŞ nüvə silahı barədə söhbətləri Pxenyan ətrafında dövr etdirməsini də anlamaq olar. Bununla Vaşinqton İranla müqaviləni pozmasına görə dünya ictimaiyyətinin ona yönələn tənqidlərini arxa fona atmaq istəyir.
Ağalar Qəribov
Ordu.az