ABŞ-da 20-ci sahil zonası gəmisi suya endirilib

2018/05/234324_1525691103.jpg
Oxunub: 4395     19:03     07 May 2018    
Alabama ştatının “Austal USA” tərsanəsində LCS tipli “Cincinnati” sahil gəmisinin suya endirilmə mərasimi baş tutub.

Ordu.az Korabli.eu saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Cincinnati” gəmisi LCS tipli 20-ci gəmidir. Gəminin gövdəsi trimaran prinsipi əsasında qurulub.

127 metr uzunluğa malik gəminin eni 31 metrdir. Onun maksimal surəti 47 dəniz mili təşkil edir. Gəminin silahlanmasında 57 millimetrlik top, 4 ədəd 12,7 millimetrlik pulemyot və 11 ədəd “Evolved SeaRAM” raketi üçün atəş qurğusu yer alır. Gəminin göyərtəsində həmçinin iki ədəd MH-60R/S helikopterinin yerləşdirilməsi üçün şərait var.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Austal-USA   Cincinnati  


Bizi "telegram"da izləyin