“İran ABŞ-ın təzyiqinə müqavimət göstərəcək” - Ruhani

2018/05/1_1525688811.jpg
Oxunub: 1522     18:24     07 May 2018    
“İran Birləşmiş Ştatlar tərəfindən göstərilən təzyiqə müqavimət göstərəcək”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bəyan edib.

“Əgər amerikalılar bizim nüvə bombasına sahib olmağa can atmadığımızdan əmin olmaq istəyirlərsə, biz özümüz belə ona sahib olmaq istəmirik, lakin əgər onlar İranı zəiflətmək və onun həm Yaxın Şərq regionu, həm də dünyada sıxışdırılmasına cəhd edəcəklərsə, İran açıq şəkildə müqavimət göstərəcək”, - deyə Ruhani bildirib.

O qeyd edib ki, əgər ABŞ İranın nüvə proqramı üzrə ümumi fəaliyyət planından çıxsa, buna görə peşman olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-ABŞ   Ruhani  


Bizi "telegram"da izləyin