Ordu.az “Ukrainfrom” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Georgi Tuka bəyan edib.
“ABŞ-ın “Javelin”ləri Ukraynaya təchiz etməsinin şərti bilavasitə təmas xəttində istifadə etməmək idi”, - deyə Tuka bildirib.
O qeyd edib ki, hazırda qadağanın mövcud olmasına baxmayaraq bu qadağa istənilən an götürülə bilər.
“Mən təklif edirəm ki, ABŞ tərəfindən icazə veriləcəyi təqdirdə cəmi iki-üç kompleksdən istifadə edilsin. Bunun özü belə yetərincə uzun müddət üçün düşməni sıradan çıxaracaq”, - deyə ukraynalı məmur açıqlayıb.
Ağalar Qəribov
Ordu.az