Hindistan Hərbi Dəniz Qüvvələrinin yüksək səlahiyyətli komandirləri Çinin Hind okeanındakı artan fəaliyyətlərinə qarşı hansı strategiyanın izlənilməsini müzakirə ediblər.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə donanmanın döyüş effektivliyi və hazırlığı müzakirə olunub.
Hindistan donanmasının mətbuat xidmətinin yaydığı bəyanatda donanmanın yuxarıda göstərilən məsələlərlə yanaşı, inventarında olan 131 gəmi və sualtı gəminin möhkəmləndirilməsinin də zəruriliyi vurğulanıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Hindistan
Hind-okeanı
Çin