Puşkov: “Vaşinqton İran üçün hərbi ssenari hazırlayır”

2018/05/1934_1525682839.jpeg
Oxunub: 2504     16:37     07 May 2018    
“Birləşmiş Ştatların İranın nüvə müqaviləsindən çıxması Vaşinqtonun İran üçün hazırladığı hərbi ssenarinin tərkib hissəsidir”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnofrmasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov bəyan edib.

O, bu barədə Fransa prezidenti Emmanuel Makronun ABŞ-ın nüvə müqaviləsindən çıxmaqla Pandora qutusunu açacağı barədə bəyanatını şərh edərkən bildirib.

“ABŞ bu yolla müharibəyə nail olmaq istəyir. Müharibə isə Vaşinqton üçün İranda siyasi hakimiyyətin dəyişdirilməsi üsuludur”, - deyə Puşkov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Aleksey-Puşkov  


Bizi "telegram"da izləyin