Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rosoboroneksport” məlumat yayıb.
“Ammandakı sərgidə “Rosoboroneksport”un stendində TOS-1A unikal ağır odsaçan sistemi ilə tanış olmaq üçün şərait yaradılacaq. O cümlədən digər rus hərbi texnika və silahları da nümayiş etdiriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “SOFEX-2018” xüsusi təyinatlı qüvvələrin beynəlxalq sərgisi İordaniyanın paytaxtı Amman şəhərində mayın 8-dən 10-dək keçiriləcək.
Ağalar Qəribov
Ordu.az