Çexoslovakiyanın yüzilliyi ilə bağlı böyük hərbi parad təşkil olunacaq

2018/05/184841511_1525679540.jpg
Oxunub: 3811     15:52     07 May 2018    
Çexoslovakiyanın qurulmasının yüzilliyi ilə bağlı Çexiyanın paytaxtı Praqada nəhəng hərbi paradın keçirilməsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çexiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Ciri Balun bildirib.

Onun sözlərinə görə, oktyabrın 28-ə nəzərdə tutulmuş paradda 2200 əsgər və 200-dən çox ləvazimat nümayiş etdiriləcək.

Bu, 10 il əvvəl baş tutmuş təlimlərdən daha genişmiqyaslı olacaq. Əsgərlərlə yanaşı, yanğınsöndürənlər, polislər, xilasedicilər və gömrük işçiləri də paradda iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexoslovakiya   Praqa   Parad  


Bizi "telegram"da izləyin