Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.
“Biz İsrailə qarşı yönələn İran fəaliyətini dayandırmaqda qətiyyətliyik, hətta əgər bu, münaqişə kimi xarakterizə olunsa belə. Son aylarda İran tərəfindən münaqişə zonasında İranın aktivliyi xüsusilə artıb və buna qarşı tədbir görməliyik”, - deyə Netanyahu bildirib.
O qeyd edib ki, İsrail tərəfi vəziyyəti qəlizləşdirmək istəmir, sadəcə özünün istənilən ssenariyə hazır olduğunu ifadə edir.
Ağalar Qəribov
Ordu.az