“Qazaxıstan ordusunun gücləndirilməsinə diqqət göstərilməlidir” - Nazarbayev

2018/05/1923_1525677774.jpg
Oxunub: 1789     15:28     07 May 2018    
“Qazaxıstan ordusu ölkənin müstəqilliyinin etibarlı keşikçisidir”.

Ordu.az “Kazinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti, Qazaxıstan ordusunun Ali Baş Komandanı Nursultan Nazarbayev bəyan edib.

O, bu barədə “Otaq” hərbi bazası ərazisində keçirilən Döyüş paradında çıxış edərkən bildirib.

“Qazaxıstan ordusu ölkənin müstəqilliyinin etibarlı keşikçisidir. Biz KTMT çərçivəsində uğurla fəaliyyət göstəririr, BMT egidası altında sülhməramlı missiyalarda iştirak edirik. Qazaxıstan sülhməramlı siyasət aparır, lakin dünyanın reallıqları bizi daha ehtiyatlı davranmağa vadar edir. Qazaxıstan ordusunun gücləndirilməsi və modernləşdirilməsinə böyük diqqət göstərilməlidir”, - deyə Nazarbayev vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Nursultan-Nazarbayev  


Bizi "telegram"da izləyin