“Moldovada NATO bazalarının peyda olması təhlükəsi yoxdur” – Dodon

2018/05/345345_1525674887.jpg
Oxunub: 2737     14:34     07 May 2018    
Moldova prezidenti İqor Dodon NATO bazalarının ölkədə peyda olması ilə bağlı təhlükənin mövcud olmadığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Zvezda” televiziya kanalına verdiyi müsahibəsində danışıb.

Ölkədə NATO bazalarının yerləşdirilməsinin mümkünlüyü barədə soruşan jurnalistə cavabında prezident Dodon qeyd edib: “Mən Moldovadakı bütün hərbi bazaları gəzdim və heç bir risk, yaxud ərazilərimizdə başqa ölkələrə məxsus baza tikilməsinə cəhd rast gəlmədim. Əminəm ki, yaxın gələcəkdə belə bir hal baş verməyəcək.

NATO prezidentimizin icazəsini almadan Moldovada baza qura bilərmi? Dəqiq deyirəm ki, yox. Bizim konstitusiyamız neytral mövqemizi ən açıq tərzdə ifadə edir”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Moldova   Dodon  


Bizi "telegram"da izləyin