İran İsrailə raket hücumu planlaşdırır – İDDİA

2018/05/345345_1525674077.jpg
Oxunub: 4088     14:20     07 May 2018    
İsrail təhlükəsizlik qüvvələri İranın İsrailə qarşı raket hücumu planlaşdırdığını düşünür.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə rəsmilərinə söykənən İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, İranın raket hücumu İsrailin aprelin 9-da onun Suriyadakı T-4 bazasını bombalaması və 7 İran hərbçisini öldürməsinə cavab xarakter daşıyır.

İsrail hərbi eksperti Roni Daniel bildirib ki, ölkənin kəşfiyyat xidməti İranın İsrailə qarşı Suriyada yerləşən silahlılarından istifadə edə biləcəyini düşünür.

Qeyd edək ki, İsrail Nazirlər Kabinetinin dünən baş tutan görüşündə İsrail Baş naziri Benyamin Netanyahu da İranla hərbi münaqişənin mümkünlüyündən danışıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-İran   Müharibə  


Bizi "telegram"da izləyin