Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bəyan edib.
“İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə bizdə mövcud olan imkanlar içərisində hazırki müqavilə zəmanət verə bilən ən yaxşı üsuldur”, - deyə Conson bildirib.
O qeyd edib ki, müqavilənin zəif cəhətlərinin olması doğrudur, lakin onları düzəltmək mümkündür.
“Hazırda Böyük Britaniya ABŞ prezidenti Donald Trampın administrasiyası, həmçinin fransız və alman həmkarlarımızla müqavilə üzərində işlərin aparılması üçün danışıqlar aparırıq”, - deyə Conson açıqlayıb.
Ağalar Qəribov
Ordu.az