Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə donanmanın suüstü elektron müharibə təkmilləşdirmə proqramının dəstəklənməsi üçün nəzərdə tutulub.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, müqavilənin ümumi dəyəri 9,7 milyon dollardır. Onda nəzərdə tutulan işlərin 2020-ci ilin may ayında başa çatması planlaşdırılıb.
Donanmanın dəniz sistemləri komandanlığı ilə bağlanan müqavilə şirkətin “Block 1B3” sistemlərinin tam həcmli istehsalına imkan verəcək.
Ağalar Ağalarlı
Ordu.az