Niderland Müdafiə Nazirliyi Norveçin “Prox Dynamics” şirkəti ilə “Black Hornet” PUA-larının alınmasına dair müqavilə imzalayıb.
Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Niderland MN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində şirkət Niderland Quru Qoşunları və dəniz korpusu üçün miqdarı açıqlanmayan sayda mikro PUA-lar hazırlayacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Niderland
Black-Hornet
PUA