Türkiyə çevrilişə cəhddən sonra ilk beynəlxalq təlimlərə ev sahibliyi edəcək

2018/05/received_2532859970273489_1525535488.jpeg
Oxunub: 2164     23:59     05 May 2018    
7-11 may tarixlərində İzmirdə baş tutacaq “Efes 2018 Joint Combined Live Fire” 2016-cı ildəki çevrilişə cəhddən sonra Türkiyənin ev sahibliyi edəcəyi ilk yüksək profilli beynəlxalq təlim olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin əməliyyat effektivliyi və digər imkanları barədə vacib nüanslar üzə çıxacaq.

Türkiyə Baş Qərargahı sözügedən təlimlərin əsas məqsədinin ordunun döyüş hazırlığının təkmilləşdirilməsi və davamlılığının təmin edilməsi olduğunu açıqlayıb.

Həmin təlimlərdə Azərbaycan, Bəhreyn, Banqladeş, Bosniya-Herseqovina, Gürcüstan, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar, İtaliya, Qazaxıstan, Macarıstan, Makedoniya, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Qətər və Səudiyyə Ərəbistandan bölüklər də iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Efes-2018   ABŞ  


Bizi "telegram"da izləyin