ABŞ ölümcül qəzalardan sonra hazırlığa 39 milyard dollar ayıracaq

2018/05/received_2532862336939919_1525533540.jpeg
Oxunub: 4080     23:08     05 May 2018    
ABŞ-da bu il ard-arda baş verən qəzalardan sonra hərbi aviasiya böhranı adı verilən problemdən yaxa qurtarmaq məqsədilə hazırlıq gücləndirilməsi üçün 39 milyard dollar vəsait ayrılması düşünülür.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu, dünən 2019-cu maliyyə ili üzrə müdafiə üçün nəzərdə tutulmuş büdcənin bəzi detallarının açıqlanması ilə aydın olub.

Konqresin Silahlı Xidmətlər komitəsinin yaydığı məlumata görə, təklif olunan 717 milyard dollarlıq büdcənin 39 milyard dolları bu qəzaların aradan qaldırılması məqsədilə hazırlığın artırılması istiqamətində ayrılacaq.

Qeyd edək ki, ABŞ hərbi təyyarələrinin cari il ərzində məruz qaldığı qəzalar nəticəsində bu vaxta qədər 25 əsgər həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Qəza  


Bizi "telegram"da izləyin