Qazaxıstan müdafiə xərclərini artırıb

2018/05/3425345_1525511890.jpg
Oxunub: 4401     20:07     05 May 2018    
2018-ci ilin ilk iki ayı ərzində Qazaxıstan ölkənin müdafiə qabiliyyətinin artırılmasına 80 milyard tenqeyə yaxın pul xərcləyib.

Ordu.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, ölkə büdcəsinin ümumi xərcləri 1,4 trilyon tenqe təşkil edib, bu isə 2017-ci ilin yanvar-fevral ayları ərzində xərclənəndən 7,6 faiz daha çox təşkil edir.

2018-ci ilin yanvar-fevral ayları ərzində Qazaxıstan büdcəsindən müdafiəyə ayrılan xərclər 78,9 milyard tenqe təşkil edib. Ötən il bu göstərici 65,9 miyard tenqe təşkil edib. Ümumi artıb 19,8 faiz olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin