Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, iki nəfərən ibarət olan ekipaj Aralıq dənizi akvatoriyasında patrul uçuşu həyata keçirməli idi. Sığorta üçün qırıcı tam döyüş komplekti ilə uçuş həyata keçirib.
Aralıq dənizi üzərində anidən təyyarənin mühərriklərindən birində çəkici qüvvə itməyə başladı. Ekspertlərin sözlərinə görə, belə vəziyyətdə pilotlar asanlıqla katapult edə bilərdilər, lakin bunun əvəzinə onlar təyyarəni balanslaşdıraraq Hmeyminə geri qayıtmağa çalışıblar. Dönməyə cəhd edərkən qırıcı sol tərəfə doğru surətlə enməyə başlayıb və Cebla şəhəri yaxınlığında dənizə çırpılıb. Zərbədən təyyarənin sol qanadı və arxa hissəsi bütövlükdə ayrılıb və hər iki pilot həlak olub.
Ehtiyatda olan polkovnik Viktor Muraxovski qeyd edib ki, qəzanın atəşə tutulma nəticəsində baş verməsi o qədər də real deyil. Quşun mühərrikə düşməsi ilə bağlı variant da hələlik tam şəkildə təsdiqini tapmayıb.
Ağalar Qəribov
Ordu.az