“Terminator”, “Tor-M2” və “Tayfun-K”lar ilk dəfə Qələbə paradında iştirak edəcək

2018/05/345345_1525509734.jpg
Oxunub: 3801     17:16     05 May 2018    
“Qələbə paradında ilk dəfə “Terminator”, “Tor-M2” və “Tayfun-K”lar iştirak edəcək”.

Ordu.az Eurasian-defence.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov bəyan edib.

“Bu il Qələbə paradında bir neçə yeni texnika nümayiş etdiriləcək. İlk növbədə “Terminator” tanklara dəstək döyüş maşınları, “Tor-M2” zenit raket kompleksləri və 4x4 təkər formullu “Tayfun-K” zirehli avtomobilləri işitrak edəcək”, - deyə Salyukov bildirib.

O qeyd edib ki, həmçinin Qələbə paradında ilk dəfə “Uran-6” və “Uran-9” qar maşıları, “Korsar” və “Qətran” PUA-ları da nümayiş etdiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terminator   Tor-M2   Tayfun-K   Qələbə-paradı  


Bizi "telegram"da izləyin