Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkət olan “Tactical Missile Corporation” məlumat yayıb.
Məlumata görə, istifadəyə verilməsi ilə bağlı mərasim bu gün yeni gəmiqayırma kompleksi olan Pellada baş tutacaq.
800 ton yük götürmə qabiliyyətinə malik korvetin uzunluğu 67, eni isə 11 metrdir. O, 2500 dəniz mili məsafəyə maksimum 55,6 kilometr sürətlə hərəkət edə bilir.
Korvetin nöqtə zərbə raketləri, artilleriya silahları və radio-elektron müharibə sistemləri ilə təchiz edildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az