“Admiral Kuznetsov”un təmiri milyard dollara başa gələcək

2018/05/234234_1525509355.jpg
Oxunub: 1802     16:34     05 May 2018    
Rusiya Silahlı Qüvvələrinin yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov”un təmiri 60 milyard rubl və ya dolların indiki kursu ilə 1 milyard dollara başa gələcək.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrindən olan mənbələr məlumat yayıb.

“Artıq “Admiral Kuznetsov” zavoda yerləşdirilib. May ayında işlər başlayacaq. Gəminin hava hücumundan müdafiəsi əsaslı şəkildə gücləndiriləcək. Ona yeni “Pantsir” kompleksləri quraşdırılacaq. Gəminin təmiri ümumilikdə 60 milyard rubla başa gələcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Admiral Kuznetsov”un təmiri tarixdə ən yüksək məbləğ deyil, “Vikramaditya” gəmisinə 2,3 milyard dollar vəsait xərclənib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Admiral-Kuznetsov   Rusiya  


Bizi "telegram"da izləyin