Ordu.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstan hökumətinin rəsmi mətbu orqanı olan “Qazaxıstan həqiqəti” nəşri məlumat yayıb.
Məlumata görə, protokol 21 sentyabr 2017-ci ildə Birləşmiş Ştatların Nyu-York şəhərində imzalanıb. Porotkolu Aktau və Kurık limanlarını xüsusi yüklərin daşınması üçün icazəli edən əlavələr tamamlayır.
Daha öncə Qazaxıstan XİN açıqlamasında qeyd edib ki, ABŞ tərəfi ölkəyə xüsusi yüklərin Əfqanıstana daşınması üzrə tranzit marşrutunu dəyişməklə bağlı müraciət edib. Xüsusilə Azərbaycandan Xəzər dənizi vasitəsilə Qazaxıstana – Kurık və Aktau limanlarına, oradan isə Sarıqaeş dəmir yolu vasitəsilə Özbəksitana və oradan Əfqanıstana daşınması marşrutuna böyük üstünlük verildi və artıq Nazarbayevin imzası ilə bu marşrut təsdiq edildi.
Ağalar Qəribov
Ordu.az