ABŞ-ın keçmiş dövlət katibi Zəriflə görüşüb

2018/05/34534_1525505097.jpg
Oxunub: 3995     15:38     05 May 2018    
Birləşmiş Ştatların keçmiş dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Ordu.az “The Boston Globe” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, görüşün məqsədi qeyri-rəsmi şəkildə İranın nüvə proqramı üzrə ümumi fəaliyyət planının qüvvədə saxlanılmasının prespektivlərini müzakirə etmək idi.

Qeyd edilir ki, tərəflər arasında görüş böyük ehtimalla aprelin 22-də baş tutub. Bu, onların son iki ay ərzində İranın nüvə proqramına dair ikinci görüşü olub. Nəşr danışıqların nəticələrini açıqlamayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zərif   İran  


Bizi "telegram"da izləyin