Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Poitico” nəşri və “Morning Consult” araşdırma şirkəti tərəfindən aparılan sorğu nəticəsində bəlli olub.
Sorğuda iştirak edənlərin cəmi 26 faizi ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Ümumi Fəaliyyət Planından çıxmasını dəstəkləyir.
Hətta Trampla eyni partiyadan olan respublikaçıların belə 46 faiz müqavilədə qalmağı dəstəkləyirlər, yalnız 42 faiz əleyhinə çıxış edir.
Sorğu aprelin 26-dan mayın 1-dək 2 mindən çox Birləşmiş Ştatlar vətəndaşı arasında aparılıb.
Ağalar Qəribov
Ordu.az