Rusiya CHD-də kəşfiyyatçıların hava-desant hazırlığı tamamlanıb

2018/05/345646_1525268781.jpg
Oxunub: 3145     21:37     02 May 2018    
Rusiya Cənub Hərb Dairəsi hərbi hissələrinin kəşfiyyatçıları hava-desant hazırlığı üzrə kursu tamamlayıblar.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər çəçrivəsində kəşfiyyatçılar modernləşdirilmiş Mi-8MTŞ helikopterlərindən 600-2000 metr məsafədən döyüş tullanışları həyata keçiriblər. Tullanışlar D-6 desant paraşütləri vasitəsilə həyata keçirilib.

Həmçinin kəşfiyyatçıların onlara tanış olmayan ərazilərə tullanış edərək xəritə üzrə olduqları məkanları aşkarlamasına dair bir sıra tapşırıqlar yerinə yetirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   CHD  


Bizi "telegram"da izləyin