Cənubi Koreyaya ABŞ-ın F-22 qırıcıları göndərilib - VİDEO

2018/05/345345_1525266713.jpg
Oxunub: 2748     21:08     02 May 2018    
Şimali və Cənubi Koreya arasında münasibətlərin yaxılaşmasına baxmayaraq Seul Vaşinqtonla birgə hərbi təlimləri davam etdirir.

Ordu.az Discover24.ru saytına istinadən xəbər verir ki, bu barədə ABŞ ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, bu gün Seul Cənubi Koreyaya 5-ci nəsil F-22 “Raptor” qırıcılarının gəldiyini təsdiq edib.

Qırıcılar mayın 11-də başlayacaq “Max Thunder” təlimlərinə iştirak edəcək. Təlimlərdə ümumilikdə 100-dən çox qırıcının iştirak edəcəyi planlaşdırılıb.

Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, bu təlimlər Koreyaarası sammitin keçirilməsindən çox əvvəl planlaşdırılıb və daimi əsasla keçirilir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-22   Təlim  


Bizi "telegram"da izləyin