Abe: “KXDR mütləq nüvə silahını məhv etməlidir”

2018/04/234234_1524118802.jpg
Oxunub: 1852     14:15     19 Aprel 2018    
“Beynəlxalq ictimaiyyət mütləq KXDR nüvə silahı, o cümlədən bütün növ ballistik raketlərin məhv edilməsinə dair tələblərini davam etdirməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe bəyan edib.

O, bu barədə Floridada ABŞ prezidenti Donald Trampla birgə keçirilən mətbuat konfransı çərçivəsində bildirib.

“Biz Şimali Koreyaya nüvə silahı, həmçinin müxtəlif növ ballistik raketlərin tam, nəzarət altında və geriyə qaytarılması mümkün olmadan məhv edilməsinə dair tələblərimizi davam etdirəcəyik”, - deyə Abe vurğulayıb.

Yaponiya baş nazirinin sözlərinə görə, əgər KXDR düzgün yola doğru addım atarsa, Yaponiya və ABŞ Pxenyanla əlaqələri yaxşılaşdıra bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Abe  


Bizi "telegram"da izləyin