Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə “Kongsberg” şirkəti məlumat yayıb.
Məlumata görə, NSM raketləri üzrə imzalanan müqavilənin ümumi qiyməti 124 milyon avro təşkil edir.
Malaziya NMS raketləri ilə Hərbi Dəniz Qüvvələri üçün “Boustead Heavy Industries Corporation Berhad” şirkətində tikilən “Maharaja Lela” tipli korvetlərini təchiz etməyi planlaşdırır.
Qeyd edək ki, bununla da Malaziya Norveç və Polşadan sonra NSM raketlərinin üçüncü sifarişçisinə çevrilib.
Ağalar Qəribov
Ordu.az