Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Yaxın həftələr çərçivəsində KXDR lideri Kim Çen Inla nüvə problemi üzrə danışıqlar keçirmək üçün görüşməyə ümidvaram”, - deyə Tramp bildirib.
ABŞ prezidenti bu barədə Floridada Yaponiya baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransı çərçivəsində açıqlayıb.
“Biz nüvəsizləşdirmə məsələsini müzakirə edəcəyik. Ümid edirəm ki, bu, böyük uğur olacaq. Mən səbrsizliklə bu görüşü gözləyirəm”, - deyə Tramp vurğulayıb.
Ağalar Qəribov
Ordu.az