Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorizmlə Mübarizə Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Donetsk və Luqansk bölgəsində separatçılar ordunun mövqelərini 120 və 82 mm-lik minaatanlardan, qumbaratanlardan, ağır pulemyotlardan və kiçik çaplı silahlardan atəşə tutublar.
Həmçinin 152 mm-lik artilleriya, snayper tüfənglərinin də istifadə edildiyi atışma zamanı Ukrayna ordusunun bir əsgəri həlak olub, 3 nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az