Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələri Baş Komandanının birini müavini, general-leytenant Pavel Kuraçenko bəyan edib.
“Artıq 23 ildir ki, dünyada analoqa malik olmayan və MDB-nin üzv dövlətlərinin hava hücumundan müdafiəsinin birləşmiş sistemi uğurla mövcudluğunu davam etdirir. Bu sistem çərçivəsində HHM üzrə birgə döyüş növbətçiliyi uğurla həyata keçirilir, həmçinin operativ tədbirlər və döyüş hazırlığı üzrə birgə fəaliyyət həyata keçirilir, həmçinin hərb-texniki əməkdaşlıq uğurla icra edilir”, - deyə Kuraçenko bildirib.
O qeyd edib ki, hazırda MDB ölkələrinin birləşmiş HHM sisteminə 20-yə yaxın aviasiya hissəsi, 50-dən çox zenit raket və radiotexniki qoşun hissəsi, 10-a qədər HHM briqadası daxildir.
Ağalar Qəribov
Ordu.az