Suriya ordusu Şərqi Qalamunda terrorçuları bir az da sıxışdırıb

2018/04/45764576_1524050113.jpg
Oxunub: 3148     19:13     18 Aprel 2018    
Suriya Quru Qoşunları və Hərbi Hava Qüvvələri Dəməşqin şimal-şərqindəki Şərqi Qalamunda vuruşan terrorçulara ağır zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha öncə tərəflər arasında uzlaşma əldə edilsə də, daha sonra onlar bundan boyun qaçırıb.

“Ceyş əl-İslam” Rusiya qüvvələri ilə atəşkəs və uzlaşma üzrə aparılacaq danışıqlara qoşulmayacağını elan edib. Bundan sonra döyüşlər bölgədə yenidən başlayıb.

Suriya silahlı qüvvələrinin artilleriya və raket bölmələri terrorçuların Şərqi Qalamundakı mərkəzlərinə ağır zərbələr endirib. Davam edən döyüşlərdə terrorçuların ciddi itkilər verdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Ceyş-əl-İslam   Terror  


Bizi "telegram"da izləyin